Xəbər lenti

ABŞ Maliyyə Nazirliyi Çini Rusiyaya yardımın ciddi nəticələriylə təhdid etdi
Dünya10:27 06.04.2024

ABŞ Maliyyə Nazirliyi Çini Rusiyaya yardımın ciddi nəticələriylə təhdid etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın maliyyə naziri Canet Yellen Quançjouda Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifenlə görüşüb. Yellen bildirib ki, Çin bizneslərinin Ukrayna ilə münaqişəsində Rusiyaya dəstək verdiyi ortaya çıxarsa, Çin "ciddi nəticələrlə” üzləşəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
"Yellen vurğulayıb ki, şirkətlər, o cümlədən Çindəki şirkətlər Rusiyanın Ukraynaya qarşı müharibəsinə, o cümlədən Rusiyanın müdafiə sənayesi bazasına maddi dəstək verməməlidir”, – ABŞ Maliyyə Nazirliyi mətbuata açıqlamasında deyilir.
Xatırladaq ki, 2023-cü ilin iyununda ABŞ Dövlət katibi Entoni Blinken Çində iki günlük səfərdə olub. O, 2018-ci ildən bəri Çinə səfər edən ən yüksək rütbəli ABŞ rəsmisi olub. Səfərdən sonra o bildirib ki, Çin hakimiyyəti onu Ukraynada istifadə etmək üçün Rusiyaya ölümcül hərbi yardım göstərmədiklərinə inandırıb. 
Nizami Bağırov