Xəbər lenti

ABŞ Moldovanın təhlükəsizliyini dəstəkləyəcəyini vəd etdi
Dünya07:50 18.02.2023

ABŞ Moldovanın təhlükəsizliyini dəstəkləyəcəyini vəd etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Moldovanın təhlükəsizliyini və suverenliyini dəstəkləyir. Bunu dövlət katibi Entoni Blinken prezident Maya Sandu ilə görüşdə deyib.
Qaynarinfo CNN-ə istinadla xəbər verir ki, Blinken ABŞ hakimiyyətinin Rusiyanın respublikanın "hökumətini laxlatmaq” cəhdlərindən narahat olduğunu vurğulayıb və əmin edib ki, ABŞ administrasiyası "Moldovanı, onun təhlükəsizliyini, müstəqilliyini, ərazi bütövlüyünü, eləcə də Prezident və hökumətin apardığı çox mühüm islahatları güclü şəkildə dəstəkləyir”.
Fevralın 15-də baş katib Yens Stoltenberq bildirib ki, NATO ölkələri Moldova və Gürcüstanın müdafiə qabiliyyətinə dəstəyi təkmilləşdirmək, eləcə də onların alyans ölkələri ilə uyğunluğunu artırmaq barədə razılığa gəliblər.
Alpər