ABŞ Energetika Nazirliyi OPEC+ ölkələrinin hasilat məhdudiyyətlərinin uzadılması səbəbindən həm 2024, həm də 2025-ci illər üçün Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu kəskin artırıb.
Bu barədə Qaynarinfo ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) yeni hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə Brent markalı neftin qiyməti ilə bağlı proqnoz 82,42 dollar/bareldən 87 dollar/barelə qədər
artırılıb.
"OPEC+ neft hasilatının azaldılması müddətinin uzadılması nəticəsində biz 2024-cü ildə qlobal neft hasilatının artımı ilə bağlı proqnozumuzu aşağı saldıq. 2024-cü ilin ikinci rübü üçün proqnozumuzda daha az artım qlobal neft ehtiyatlarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur”, - deyə hesabatda bildirilir.
2025-ci ildə neftin qiyməti ilə bağlı proqnoz 79,48 dollar/bareldən $84,8 dollar/barelə qədər qaldırılıb.
"Biz 2024-cü ildə daha sərt neft bazarı balansının Brent qiymətlərini cari səviyyələrdən yuxarı tutacağını gözləyirik, bu da ötən ayın hesabatından 4 dollar/barel artaraq 24-cü rübdə orta hesabla 88 dollar/barel təşkil edib. Ehtiyatların artımı (OPEC+ hasilatının azaldılması müddəti başa çatdıqda) 2025-ci ildə qiymətə bir qədər təzyiq göstərməyə başlayana qədər qiymətin ilin sonuna qədər nisbətən sabit qalacağını gözləyirik”, - hesabatda deyilir.
EİA qeyd edib ki, proqnoz olduqca qeyri-müəyyən olaraq qalır. "OPEC+ könüllü hasilatın azaldılmasının son raunduna nə dərəcədə ciddi əməl ediləcəyini görmək qalır ki, bu da potensial olaraq bazara əlavə neft tədarüklərini əlavə edə və gözlənilən qısamüddətli neft hasilatı gərginliyini azalda bilər", - ABŞ Energetika Nazirliyindən bildirilir.
Yeni proqnoza görə, 2024-cü ildə qlobal neft hasilatı 2023-cü ildəki sutkada 101,79 milyon barellə müqayisədə sutkada 102,17 milyon barel olacaq. 2025-ci il üçün proqnoz dəyişməyib – sutkada 104,17 milyon barel.
Nizami Bağırov