Xəbər lenti

ABŞ ordusunun iranlı pilotu ifşa edildi: Gizli aviasiya sirləri...
Dünya10:39 26.06.2022

ABŞ ordusunun iranlı pilotu ifşa edildi: Gizli aviasiya sirləri...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ ordusunun təqaüdçü iranlı pilotu gizli aviasiya texnologiyası sirlərini Çinə 32 min dollara satdığını etiraf edib.
Qaynarinfo bu barədə "İndipendent"in fars bölməsinə istinadən xəbər verir.
San Dieqodan olan 67 yaşlı Şapur Moeinian məhkəmədə etiraf edib ki, o, Çin hökumətinin agenti kimi fəaliyyət göstərib və ABŞ aviasiya sənayesi ilə bağlı məxfi məlumatları bu ölkəyə satıb. O, həmçinin  məhkəmədə, yalan ifadələr verdiyini də etiraf edib.
Keçmiş ABŞ hərbi vertolyot pilotunu hazırda "xarici agent kimi fəaliyyət" üçün maksimum 10 il həbs cəzası, 250 min dollara qədər cərimə və "yalan və həqiqətə uyğun olmayan ifadələrə görə də beş ilədək cəza gözləyir".
Qeyd edilir ki, Şapur Moeinian 2017-ci ildə Honq-Konqa səfər edib və görünür, o, pul müqabilində ABŞ-da dizayn edilmiş bir neçə növ təyyarə haqqında məlumat verməyə razılaşıb. 
M.Arıf