Xəbər lenti

ABŞ “Patriot” HHM sistemlərini Ukraynaya verəcəkmi? - Pentaqonun sözçüsü
Dünya 16:37 30.11.2022

ABŞ “Patriot” HHM sistemlərini Ukraynaya verəcəkmi? - Pentaqonun sözçüsü

Hazırda ABŞ "Patriot” hava hücumundan müdafiə sistemlərini Ukraynaya ötürməyi planlaşdırmır.

Qaynarinfo xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Pet Rayder brifinqdə bildirib.
 
O, bu məsələ ilə bağlı müzakirələrin davam etdiriləcəyini vurğulayıb.

"ABŞ-dan istənilən növ "Patriot” batareyalarına gəlincə, hazırda Ukraynaya "Patriot” hava hücumundan müdafiə sistemləri tədarük etmək fikrimiz yoxdur. Amma yenə də bu müzakirələri davam etdirəcəyik. Bu məsələdə hansısa qərar qəbul edilərsə, biz bunu açıqlayacağıq”.

Rayder əlavə edib ki, Ukraynanın dəstəklənməsinə gəldikdə hava hücumundan müdafiə sistemləri beynəlxalq ictimaiyyət üçün əsas prioritet olaraq qalır.
Pentaqonun sözçüsü izah edib ki, ən son hava hücumundan müdafiə sistemlərinin Kiyevə təhvil verilməsi məsələsində həm əhəmiyyətli texniki qulluq və həm də hərbi personala təlimlər nəzərə alınmalıdır.

"Onları sadəcə döyüş meydanına qoyub istifadə etməyə başlaya bilməzsiniz. Daha təkmil sistemlərə gəldikdə isə bunlar nəzərə alınır. Ancaq yenə də vurğulamaq istəyirəm ki, biz hava hücumundan müdafiəni prioritet hesab etməyə davam edirik. Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla Ukraynaya mümkün qədər tez təmin edə biləcəyimiz imkanlar baxımından işləməyə davam edəcəyik ki, onlar dərhal bu imkanlardan istifadə etməyə başlaya bilsinlər”.

Rayder hər ölkənin öz qərarını verdiyini də açıq şəkildə ifadə edib.

"Mən başqa ölkələrin adından danışmaq istəmirəm. Təbii ki, bu, suveren qərardır. NATO-ya gəlincə, inanıram ki, bu da NATO-da müzakirələrin bir hissəsi olacaq. Yenə də biz Ukraynanın müdafiə ehtiyaclarını həll etmək və onların ehtiyaclarını ödəmək üçün beynəlxalq ictimaiyyətlə sıx işləməyə davam edəcəyik”, - deyə Pentaqon spikeri yekunlaşdırıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->