ABŞ Polşanın Avropa İttifaqında liderliyini istəyir.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin köməkçisi Ceyms O'Brayen Rzeczpospolita qəzetinə
deyib.
O qeyd edib ki, Varşava müdafiəyə NATO dövlətləri üçün nəzərdən tutulan ÜDM-in 2%-dən çox pul xərcləyir.
"Biz həqiqətən Polşanın Avropa İttifaqında lider olmasını istəyirik", - Ceyms O'Brayen bildirib.
Dövlət katibinin köməkçisi NATO-nun şərq cinahının gücləndiriləcəyinə söz verib. O, son on ildə "NATO-nun təkamülünü” qeyd edib – hazırda alyans dövlətlərinin üçdə ikisi ÜDM-in 2%-ni müdafiəyə xərcləyir. "Polşa daha çox”, - O’Brayen vurğulayıb.
Qeyd edək ki, qaydalara görə, NATO dövlətləri ÜDM-in 2%-dən çoxunu müdafiəyə xərcləməlidir, lakin 2022-ci ildə bu tələbi yalnız yeddi ölkə yerinə yetirib. Polşa müdafiəyə 2,42 faiz ayırıb. Yalnız Yunanıstan (3,54%), ABŞ (3,46%) və Litva (2,47%) daha çox xərcləyir.
Nizami Bağırov