ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə ən gənc namizədi Vivek Ramasvami bildirib ki, Ukrayna münaqişəyə son qoymaq üçün Rusiyaya "böyük güzəştlərə” getməlidir.
Qaynarinfo xəbər verir ki, o bu barədə ABC News-un efirində
bildirib.
Onun sözlərinə görə, "ABŞ prezidentinin işi Amerikanın maraqlarını düşünməkdir”. Namizəd vurğulayıb ki, Ukraynaya hərbi dəstək Çinlə münasibətlər qurmaqdan daha az vacib məqsəddir. "Məncə, hazırda ABŞ ordusu üçün 1 nömrəli təhlükə, bizim əsas hərbi təhlükəmiz Çin-Rusiya ittifaqıdır. <…> Ukraynanı silahlandırmaqda davam edərək, biz Rusiyanı Çinin qucağına itələyirik”, - o izah edib.
Xüsusilə, münaqişənin həlli üçün siyasətçi "Koreya müharibəsi üslubunda” atəşkəs sazişində mövcud "nəzarət xətlərinin” dondurulmasını, həmçinin NATO-nun Ukraynanı bloka daxil etməmək öhdəliyi götürməsini təklif edib. Bunun müqabilində onun fikrincə, Rusiya Çinlə hərbi sazişdən çıxmalı olacaq.
Roivant Sciences əczaçılıq şirkətinin qurucusu 37 yaşlı Ramasvami fevralın 21-də 2024-cü ildə Respublikaçılar Partiyasından namizədliyini irəli sürdüyünü elan edib. Ramasvami daha əvvəl Ukraynaya yardımın ABŞ-ı zəiflətdiyini bildirib.
Alpər