Yevgeni Priqojinin üsyanı zamanı Amerika rəsmiləri Vladimir Putinin avtoritar rejiminin zəifliyini müşahidə ediblər.
Qaynarinfo "Politico”ya istinadla xəbər verir ki, Putinin "qırmızı xətlər”lə bağlı səs-küylü bəyanatları blefdir və artıq Vaşinqton bunu başa
düşüb.
"Amerika rəsmiləri Putinin Priqojinlə razılığa gəlməsinin motivlərindən birinin Rusiya ərazisində genişmiqyaslı zorakılığın qarşısını almaq olduğunu güman edirlər. İndi Qərbin F-16 qırıcılarını Ukraynaya təhvil verib-verməməsinə qərar vermək daha asan olacaq. Onlar Putinin qırmızı xəttini düşünürlər. O, əvvəllər düşündüyündən daha yumşaq ola bilər və o, münaqişənin genişlənməsindən ehtiyat edərək, gərginləşməmək qərarına gələ bilər – belə deyək, müzakirənin gedişi ilə tanış olan iki nəfər deyir. Amma onlar hələlik heç bir qərarın verilmədiyini vurğulayıblar”, - nəşr yazır.
Həmçinin qeyd olunur ki, NATO-nun iyulun 11-12-də Litvada keçiriləcək sammitində Ukraynaya yeni irimiqyaslı hərbi yardım paketi elan olunacaq. Qərb Ukraynanı silahla təmin etməyə daha həvəsli olacaq, çünki Priqojinin üsyanı Putinin "qırmızı xətlər” haqqında danışmasının boş olduğunu sübut etdi. Nəşr Rusiyadakı qeyri-sabit vəziyyəti nəzərə alaraq, Ukraynanın bir çox insanın ilk baxışdan düşündüyündən daha tez NATO-ya qəbul oluna biləcəyini irəli sürüb.
Alpər