Xəbər lenti

AB Qaşıqçıya görə 5 nəfərin edamını pislədi: Bəs cəsəd haradadır?
Dünya07:50 25.12.2019

AB Qaşıqçıya görə 5 nəfərin edamını pislədi: Bəs cəsəd haradadır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Birliyi Səudiyyə Ərəbistanında jurnalist Camal Qaşıqçının qətli ilə bağlı keçirilən məhkəmədə 5 müttəhimin edam edilməsi qərarını sərt şəkildə qınayıb. 
Qaynarinfo xəbər verir ki, bu haqda Brüsseldə Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin sözçüsü Cozef Borrell bildirib. Mətbuat katibi bildirib ki, bu qeyri-insani və qəddar bir cəzadır.
"Avropa İttifaqı həmişə edam cəzasını istisnasız olaraq rədd edir", - o əlavə edib.
"Deutsche Welle Türkcə”nin xəbərinə görə, Avropa Birliyi qətllə əlaqəli hər kəsin məhkəməyə cəlb edilməsini tələb edərək, prosesin şəffaf bir şəkildə və bütün məhkəmə prosesinə uyğun olaraq aparılmasının vacibliyini vurğulayıb.
Birləşmiş Millətlər Təşkilatının Məhkəmədənkənar edam işləri üzrə xüsusi məruzəçisi Aqnes Kallamard məhkəmə və hökmü "məsğərə" kimi xarakterizə edib. BMT baş katibi Antonio Quterres də işin müstəqil və qərəzsiz araşdırılmasını istədiyini bildirib.
Türkiyə Prezident Aparatı Rabitə başçısı Fəxrəddin Altun isə məhkəmənin cavab tapmadığı sualları Twitter hesabında qeyd edib. O, Qaşıqçının cəsədinin harada olduğu, ya da onun qətlinə kimin fərman verməsi kimi ən vacib sualların cavabsız qaldığını vurğulayıb.
Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarında yaşayan Camal Qaşıqçı 2 oktyabr 2018 tarixində Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna toy prosesi üçün lazımi sənədləri toplamaq üçün gəlmiş, orada xüsusi qrup tərəfindən qətlə yetirilmişdi. Nəhayət beynəlxalq təzyiqlərdən sonra cinayəti qəbul edən Səudiyyə Ərəbistan rejimi bazar ertəsi paytaxt Riyadda keçirilən məhkəmədə 5 müttəhim edam cəzasına məhkum edib.
Alpər