Qərb ölkələrinin tətbiq etdiyi limit artıq Rusiya neftinin qiymətinin düşməsinə səbəb olub.
Qaynarinfo Mk.ru-ya istinadla xəbər verir ki, bu sözləri brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays
deyib.
"Biz bu qiymət həddini qlobal enerji bazarının sabit qalmasını və Rusiya Federasiyasını gəlirlə təmin etməməsi üçün tətbiq etdik”, – Prays bildirib. O xatırladıb ki, bir sıra ölkələr qiymət tavanına əməl etməyə razılıq veriblər. "Rusiya neftinin qiyməti artıq düşüb” deyən Prays bunun "hətta limitin qüvvəyə mindiyi andan əvvəl” baş verdiyini qeyd edib.
Rusiya hökumətinin sədr müavini Aleksandr Novak isə bir qədər əvvəl bildirib ki, Rusiya bu ilin sonuna qədər yerli şirkətlərə qiymət tavanı tətbiq edən ölkələrlə neft ticarətini qadağan edən mexanizm işə salmağı planlaşdırır.
Alpər