Xəbər lenti

ABŞ Qolodets və Birinci Kanala sanksiyalar tətbiq etdi
Dünya06:41 09.05.2022

ABŞ Qolodets və Birinci Kanala sanksiyalar tətbiq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Rusiyadan daha 33 nəfəri və 22 şirkəti, habelə Rusiya bayrağı altında üzən bir sıra gəmini sanksiya siyahısına əlavə edib.
Qaynarinfo ABŞ Maliyyə Nazirliyinin saytında verilən məlumata istinadla xəbər verir ki, sanksiyalara Sberbank-ın idarə heyətinin sədr müavinləri - Olqa Qolodets, Bella Zlatkis və Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedyevin sinif yoldaşı İlya Yeliseyev daxildir.
Ümumilikdə, məhdudlaşdırıcı tədbirlərdən Sberbank-ın səkkiz, Qazprombank-ın isə 27 rəhbər işçisi təsirlənib.
Yeni sanksiyalar Rusiya və Belarus rəsmiləri üçün 2600-ə yaxın viza məhdudiyyətini də əhatə edəcək.
Vaşinqton həmçinin "Rossiya-1” telekanalı, Birinci Kanal və NTV-yə qarşı sanksiyalar tətbiq edib, çünki bunlar "Rusiya Federasiyası hökumətinə məxsus olan və onun xeyrinə fəaliyyət göstərən” "ən məşhur Rusiya dövlət kanalları”dır.
Vaşinqtonun "qara siyahısı”na telekanallardan başqa, Moskva Sənaye Bankı və "Promtexnologiya” MMC də daxil olmaqla daha 19 Rusiya hüquqi şəxsi daxildir.
Bundan əlavə, dövlətlər Rusiya Federasiyasından sənaye məhsullarının, o cümlədən mühərriklər və buldozerlər, uran, plutonium və digər nüvə məhsullarının tədarükünə yeni ixrac məhdudiyyətləri tətbiq edəcəklər.
Amerika şirkətlərinə Rusiyadan olan müştərilərə müəyyən məsləhət xidmətləri göstərmək də qadağan ediləcək.
Alpər