Xəbər lenti

Dünya 14:34 20.12.2023

ABŞ qoşunları Danimarkada yerləşdiriləcək - Müqavilə bağlandı

ABŞ Danimarka ilə Amerika əsgərlərinin və hərbi texnikasının bu ölkədə yerləşməsinə icazə verən müqavilə bağlayıb.

Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, bunu Danimarkanın baş naziri Mette Frederiksen bildirib.

Müqavilə o deməkdir ki, Amerika əsgərləri və texnikası Danimarka ərazisində on il ərzində daimi qala bilər. İki ölkə bu barədə danışıqlara ötən ilin fevralında başlayıb və bu həftənin sonunda müqavilə imzalanacaq.

Frederiksen qeyd edib ki, müqavilə bir ildən sonra, lazımi qanunvericilik aktları qəbul ediləndən sonra qüvvəyə minəcək.

Qeyd edək ki, bu ayın əvvəlində ABŞ artıq Finlandiya və İsveçlə də analoji sazişlər imzalayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->