Xəbər lenti

ABŞ Rusiya ilə birbaşa təmas qurub, dialoqa hazır olduğunu açıqlayıb
Dünya07:28 21.10.2023

ABŞ Rusiya ilə birbaşa təmas qurub, dialoqa hazır olduğunu açıqlayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Rusiya rəsmiləri ilə birbaşa təmasda olaraq, nüvə risklərinin azaldılması və silahlara nəzarət sahəsində yeni sazişlərin hazırlanması üzrə Moskva ilə dialoqu bərpa etməyə hazır olduğunu bildirib. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant"a ABŞ-ın Moskvadakı səfirliyindən məlumat verilib.
Diplomatik missiya qeyd edib ki, Vaşinqton indi Moskvanı 2026-cı ildən sonrakı dövr üçün, yəni Strateji Hücum Silahları üzrə Müqavilənin (START, START III) müddəti başa çatdıqdan sonra nüvə risklərinin idarə edilməsinə və silahlara nəzarət çərçivəsinin hazırlanmasına cəlb etməyə hazırdır.
ABŞ səfirliyi bu müzakirələrə girməyə hazır olduqlarını bildirsə də, Rusiya tərəfi təklifə cavab verməyib və diplomatik missiya müsbət reaksiyaya ümid edir.
Bundan əvvəl Rusiya nümayəndə heyətinin rəhbərinin müavini Konstantin Vorontsov BMT Baş Assambleyasının Birinci Komitəsinin iclasında bildirib ki, Rusiya Strateji Hücum Silahlarının Azaldılması haqqında Müqavilədə nəzərdə tutulan kəmiyyət məhdudiyyətlərinə əməl etməkdə davam edir.
Aydın