Xəbər lenti

ABŞ Rusiya neftini limitdən yuxarı qiymətə alanları sanksiyalarla hədələdi
Dünya09:33 10.09.2022

ABŞ Rusiya neftini limitdən yuxarı qiymətə alanları sanksiyalarla hədələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Maliyyə Nazirliyi Rusiya nefti üçün qiymət hədlərinin müəyyən edilməsi ilə bağlı ilkin təlimat açıqlayıb. Sənəddən belə çıxır ki, onu marjinal qiymətlərdən yuxarı alanlar sanksiyalara məruz qala bilər.
Qaynarinfo bu barədə Rosbalt-a istinadla xəbər verir.
Mətndə qeyd olunur ki, Rusiya Federasiyasından iri həcmdə neft alınması və ya onun limitdən yuxarı qiymətə daşınması, həmçinin "qəsdən yalan məlumat verilməsi” hallarında cərimələr olacaq.
Eyni zamanda, Amerika idxalçılarına və ya emalçılara tavana bərabər və ya aşağı qiymətə bu cür alış və xidmətlərə icazə veriləcək.
Bundan əvvəl o da məlum olub ki, ABŞ müttəfiqləri ilə birlikdə Rusiyanın ixrac etdiyi neftin qiymətlərinə maya dəyərindən yuxarı, lakin bazar səviyyəsindən aşağı həddi müəyyən etmək niyyətindədir.
Rusiya neftinin ABŞ-a idxalına qadağa mart ayında Ukraynaya işğalıçı hücumdan sonra tətbiq edilib.
Alpər