Xəbər lenti

ABŞ Rusiya neftinin Çinə satışına qarşı sanksiyalar tətbiq etmək istəyir
Dünya05:27 27.07.2022

ABŞ Rusiya neftinin Çinə satışına qarşı sanksiyalar tətbiq etmək istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ konqresmenləri administrasiyaya Çinin Rusiyadan neft və digər enerji məhsulları almasına qarşı sanksiyalar tətbiq etməyi təklif ediblər.
Qaynarinfo bu barədə Bloomberg-ə istinadla xəbər verir.
Müvafiq qanun layihəsi respublikaçı senatorlar Mark Rubio, Rik Skott və Kevin Kramer tərəfindən hazırlanıb. Sənəd Rusiyadan Çinə neft və ya mayeləşdirilmiş təbii qaz daşıyan tankerləri sığortalayan və ya qeydiyyatdan keçirən hər hansı təşkilat üçün cərimələrin tətbiqini nəzərdə tutur.
Qanun layihəsini təqdim edən Rubio vurğulayıb ki, Çin Rusiyanın enerji resurslarını almaqla Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəkləyir. "Bu səylərdə onlara kömək edən hər hansı bir təşkilat, o cümlədən Çin dövlət şirkətləri ağır nəticələrlə üzləşməlidir", - o deyib.
Nəşr xatırladır ki, bu il Rusiya neftinin Çinə idxalı kəskin artıb. Rusiyanın Çinə neft tədarükünün dayandırılması Yaxın Şərq və Afrikadan neft üçün daha sərt rəqabətə səbəb ola bilər ki, bu da potensial olaraq qiymətlərin artmasına gətirib çıxarar.
Alpər