Xəbər lenti

ABŞ Rusiya, Qırğızıstan və Ermənistanın 70 şirkətinə ixrac məhdudiyyəti qoydu
Dünya16:34 19.05.2023

ABŞ Rusiya, Qırğızıstan və Ermənistanın 70 şirkətinə ixrac məhdudiyyəti qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Birləşmiş Ştatlar Rusiya, Qırğızıstan və Ermənistandan olan 70 şirkətə qarşı ixrac məhdudiyyəti tətbiq edib.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Ticarət nazirliyinin bəyanatında deyilir.
Yeni məhdudiyyətlər Kazan barıt zavoduna, Avrora konserninə və Tula maşınqayırma zavodu və digər şirkətlərə şamil edilir.  
Həmçinin sanksiyalara məruz qalanlar arasında Ermənistanın "Medisar” (kimya məhsullarının ixracı ilə məşğul olan) və Qırğızıstanın "Tro.Ya” (sənaye şirkətləri üçün avadanlıq təchizatçısı) şirkəti də var.
"Siyahıya düşən əlavə 1224 istehsal olunmuş məhsul üçün ixrac və ya təkrar ixrac və Rusiya və Belarus daxilində transfer üçün lisenziya tələb olunacaq", - ABŞ Ticarət nazirliyinin bəyanatında deyilir. 
ABŞ-dan Rusiya Federasiyasına və Belarusa ixracı qadağan edilən malların siyahısı genişləndirilib, o cümlədən əntiq əşyalar, spirtli içkilər, saatlar. ABŞ-dan Rusiya Federasiyasına və Belarusa ixracı qadağan edilən malların siyahısı genişləndirilib, o cümlədən əntiq əşyalar, spirtli içkilər, saatlar. ABŞ həmçinin bir sıra telefon, diktofon, mikrofon və məişət texnikasının Rusiya Federasiyasına idxalına qadağa qoyub.
Bundan əlavə, ABŞ Arktika şelfində Rusiyanın dərin dəniz neft hasilatı ilə bağlı ixrac məhdudiyyətləri də tətbiq edib. 
Nizami Bağırov