Xəbər lenti

ABŞ Rusiya təcavüzünə görə BMT TŞ-də inqilabi islahat məsələsini qaldıracaq
Dünya07:55 09.09.2022

ABŞ Rusiya təcavüzünə görə BMT TŞ-də inqilabi islahat məsələsini qaldıracaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild cümə axşamı bəyan edib ki, Vaşinqton Təşkilatın Təhlükəsizlik Şurasının islahatını - xüsusən də onun üzvlərinin coğrafi təmsilçiliyinin genişləndirilməsini və veto hüququndan istifadə məsələsini dəstəkləyir.
Qaynarinfo "Yevropeyska pravda”ya istinadən xəbər verir ki, bunu Tomas-Qrinfild Baş Assambleyanın 77-ci sessiyasında ABŞ-ın prioritetlərinə dair brifinqdə deyib.
"Rusiya milli suverenliyi və ərazi bütövlüyünü, insan hüquqlarını pozub və sülh danışıqları əvəzinə açıq müharibəyə başlayıb. BMT Təhlükəsizlik Şurasının daimi üzvü BMT Nizamnaməsinin təməlinə zərbə vurub", - diplomat çıxışında vurğulayıb.
O, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsini "ən təmiz formada hökmranlıq cəhdi” və "BMT-nin yaratdığı ən fundamental prinsiplərin sınağı” adlandırıb.
Bu kontekstdə Tomas-Qrinfild ABŞ-ın bu gün "BMT Təhlükəsizlik Şurası üzvlərinin məsuliyyətli davranışının altı prinsipinə” əməl etmək qərarına gəldiyini açıqlayıb. Onların arasında o, BMT-nin digər üzvləri və onun agentlikləri ilə daha aktiv qarşılıqlı əlaqəni və ekstremal hallar istisna olmaqla, vetodan istifadənin rədd edilməsini qeyd edib.
"Biz Təhlükəsizlik Şurasında islahatların aparılması üçün səyləri artıracağıq. Söhbət veto qoyulması qaydalarının dəyişdirilməsindən gedir, dəyişikliyə əsasən, daimi üzvlər veto səbəbiniı Baş Assambleyaya izah etməli olacaqlar", - ABŞ-ın BMT-dəki daimi nümayəndəsi deyib.
"Təhlükəsizlik Şurası həm də qlobal reallığı daha yaxşı əks etdirməli və coğrafi təmsilçiliyi nəzərə almalıdır. Biz köhnəlmiş status-kvonu saxlamamalıyıq. Eyni zamanda, məsuliyyət naminə güzəştə getmək üçün çevik olmalıyıq", - o əlavə edib.
Həmçinin, Tomas-Qrinfild ABŞ prezidenti Co Bayden, dövlət katibi Entoni Blinkenin iştirakı ilə və "Təhlükəsizlik Şurasının və BMT-nin digər qurumlarının islahatı ilə bağlı kritik məsələlərlə bağlı” geniş məsləhətləşmələr keçirəcəyini açıqlayıb.
Nizami Bağırov