Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Rusiya Federasiyasında casusluqda ittiham olunan amerikalı Pol Uilanın azadlığa buraxılması ilə bağlı bu həftə danışıqlar aparmağı planlaşdırdığını açıqlayıb.
Qaynarinfo bu barədə "İnterfaks”a istinadla xəbər
verir.
"Rusiya ilə Uilan üzrə növbəti yüksək səviyyəli danışıqlar bu həftə baş tutacaq”, - Sallivan deyib.
ABŞ, İrlandiya və Kanada vətəndaşı, həmçinin Böyük Britaniyanın subyekti olan Uilan 2020-ci il iyunun 15-də Moskva Şəhər Məhkəməsi tərəfindən casusluq ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. İndi amerikalı cəzasını Mordoviyadakı 17 saylı ciddi rejimli islah koloniyasında çəkir.
Uilan 2018-ci ilin sonunda FTX-nin ((FSB) "casus əməliyyatı” zamanı Moskvada saxlanılıb. Müdafiə tərəfi iddia edir ki, amerikalı təxribatın qurbanı olub: ona Moskva yaxınlığındakı Sergiev Posada turist səfərindən foto görəcəyini gözlədiyi iddia edilən fləş kart verilib.
Təqsirləndirilən şəxs özü son sözlə casusluqla məşğul olmadığını bildirib.
Bundan əvvəl ABŞ-da cəza çəkən Rusiya vətəndaşı Viktor But Rusiyada məhkum olunmuş amerikalı Britni Qrinerlə dəyişdirilib. Ailəsi Pol Uilanın mübadilədə iştirak etməməsindən məyus olduğunu bildirib. Amerikalının vəkilinin sözlərinə görə, "onun mübadiləsi ilə bağlı məsələnin müzakirəsi xüsusi xidmət orqanları səviyyəsində davam edir”.
Alpər