Fevral ayında Rusiya gübrələrinin ABŞ- a tədarükü 2023-cü ilin yayından bəri ən yüksək həddə çatıb.
Qaynarinfo
xəbər verir ki, bu nəticə Amerika statistika xidmətinin məlumatlarından üzə çıxır.
Qışın son ayında ABŞ ümumi məbləği 158,5 milyon dollar olan Rusiya gübrələri alıb. Əvvəlki maksimum isə iyunda qeydə alınıb və 158,7 milyon dollar təşkil edib. ABŞ ən çox azot və kalium gübrələri alıb.
Ümumilikdə, 2023-cü ilin sonunda Rusiya ABŞ-a təxminən 1,4 milyard dollar dəyərində gübrə satıb və bu məhsulun ABŞ-a ikinci, yalnız Kanadadan sonra ikinci ən böyük tədarükçüsü olub.
Ötən il Rusiya gübrələrinin əsas alıcıları arasında Braziliya və Hindistan da olub. Bu iki ölkədən satınalmaların ümumi həcmi 14,2 milyon ton təşkil edib. Rusiyadan digər əsas gübrə idxalçıları Çin, İndoneziya, Türkiyə, Danimarka, Almaniya, Fransa və Malayziyadır.
Alpər