Rusiyalı jurnalistlərə xarici işlər naziri Sergey Lavrovla BMT Təhlükəsizlik Şurasının iclasına uçmaq üçün ABŞ vizası hələ verilməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Telegram" kanalında yazıb.
"Onların Nyu-Yorka yola düşməsinə 40 dəqiqə qalıb. Hamısı hava limanındadır. Vizalar verilməyib. Amerika səfirliyinin cavabı: "Biz bunun üzərində işləyirik". Söz azadlığı və jurnalistlərin hüquqları mövzusunun manipulyasiyası göz qabağındadır”, deyə diplomat bildirib.
Bundan əvvəl Lavrov bildirib ki, ABŞ Rusiya Təhlükəsizlik Şurasındakı nümayəndə heyətinə viza verərkən BMT-nin Baş Qərargahının yerləşdiyi ölkənin mövqeyindən sui-istifadə edib, çünki viza heç vaxt ayrı-ayrı işçilərə, eləcə də nümayəndə heyətinin bütün jurnalistlərinə verilməyib. Rusiya XİN rəhbərinin qeyd edib ki, Amerika tərəfi Rusiya KİV nümayəndələrinə vizaların verilməməsini heç bir şəkildə izah etməyib.
Rusiya aprel ayında BMT Təhlükəsizlik Şurasına sədrlik edir. Rusiya diplomatik departamentinin rəhbəri sədrlik çərçivəsində aprelin 24 və 25-də Təhlükəsizlik Şurasının iclaslarında iştirak edəcək.
Aydın