Xəbər lenti

ABŞ Rusiyanın "Vaqner" hərbi qrupunu transmilli cinayət təşkilatı elan edir
Dünya07:22 21.01.2023

ABŞ Rusiyanın "Vaqner" hərbi qrupunu transmilli cinayət təşkilatı elan edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ gələn həftə "Vaqner”ə qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir. 
Qaynarinfo "Interfaks”a istinadla xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
"Bu gün biz Ukraynanın Rusiya Federasiyası və "Vaqner” qüvvələrinə qarşı özünü müdafiə edə bilməsi üçün gördüyümüz əlavə tədbirləri elan edirik. Beləliklə, Maliyyə Nazirliyi "Vaqner”i böyük transmilli cinayətkar təşkilat kimi təsnif edəcək”, deyə Kirbi brifinqdə bildirib.
O qeyd edib ki, bu addımla əlaqədar ABŞ Maliyyə Nazirliyi qrupa və onu dəstəkləyən strukturlara qarşı əlavə sanksiyalar tətbiq edəcək.
Alpər