Xəbər lenti

ABŞ sanksiyaları Rusiya neftayırma zavodlarının təmir edilməsinə mane olur - "Reuters"
Dünya12:17 04.04.2024

ABŞ sanksiyaları Rusiya neftayırma zavodlarının təmir edilməsinə mane olur - "Reuters"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ tərəfindən sanksiyaların tətbiqindən sonra Rusiya neft emalı zavodları Amerika və Avropa şirkətlərinin köməyi ilə tikilmiş avadanlıqların təmiri ilə bağlı bir sıra problemlərlə üzləşib. Problemləri Ukrayna PUA-larının hücumları da artıra bilər.
Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.
Belə nümunələrdən biri də yanvarın 4-də "Lukoyl-Nizhegorodnefteorqsintez” (NORSI) şirkətinin işçiləri tərəfindən aşkar edilmiş turbin qəzasıdır. Beş agentlik mənbəsinin məlumatına görə, rusiyalı mühəndislər tezliklə anlayıblar ki, avadanlığı təmir etməyə qadir olan yeganə şirkət ABŞ şirkətidir.
"Reuters” agentliyinin məlumatına görə, neft mühəndisliyi ilə məşğul olan və transmilli UOP konserninin bir hissəsi olan şirkət Ukraynanı işğal etdikdən sonra Rusiyanı tərk edib.
"Mühəndislər tələsik ehtiyat hissələri axtarmağa başlayıblar, lakin heç nə tapa bilməyiblər. Sonra bütün sistem sadəcə dayandı", - deyə agentliyin mənbəsi qeyd edir.
Məqalə müəlliflərinin qeyd etdiyi kimi, daha dörd mənbə, ağır karbohidrogenləri benzinə çevirmək üçün istifadə edilən katalitik krakerin yanvar ayından istismardan çıxdığını və Rusiyada təcrübə çatışmazlığı səbəbindən onun nə vaxt təmir oluna biləcəyinin bəlli olmadığını bildirib. KK-1 qurğusu zavoddakı iki katalitik krekinq qurğusundan biridir.
"Nəticədə Rusiyada dördüncü ən böyük olan NORSI neft emalı zavodu benzin istehsalını 40% azaldıb”, - material müəllifləri qeyd edirlər.
"Reuters”in qeyd etdiyi kimi, "Lukoyl” neft emalı zavodunda vəziyyət Rusiyanın enerji sektorunun Qərb sanksiyaları altında üzləşdiyi ümumi çətinlikləri əks etdirir, bəzi neft şirkətləri Amerika və Avropa mühəndislik şirkətlərinin köməyi ilə tikilmiş zavodlarını təmir etməyə çalışır.
Materialın müəlliflərinin qeyd etdiyi kimi, Ukrayna pilotsuz uçuş aparatlarının hücumları səbəbindən çətinliklər də güclənib. "Reuters”in məlumatına görə, hücumlar ilin birinci rübündə Rusiya neft emalı zavodunun gücünün təxminən 14%-nin dayanmasına səbəb olub.
"Əgər pilotsuz uçuş aparatlarının hücumu bu sürətlə davam edərsə və Rusiyanın hava hücumundan müdafiəsi təkmilləşməsə, Ukrayna Rusiya neft emalı zavodlarını Rusiya şirkətlərinin təmir edə biləcəyindən daha tez bağlaya bilər”, - Rusiyanın enerji sənayesi üzrə eksperti və Karnegi Beynəlxalq Sülh Fondunun ştatdankənar əməkdaşı Sergey Vakulenko bildirib. 
Eyni zamanda, Rusiyanın energetika naziri Nikolay Şulqinov əlavə təfərrüatlar təqdim etmədən bütün neft emalı zavodlarının iyun ayına kimi təmir olunacağını bildirib.
"Reuters” agentliyinin məlumatına görə, son iyirmi il ərzində UOP və İsveçrə mühəndislik qrupu ABB kimi Qərb şirkətləri Rusiyanın 40 ən böyük neft emalı zavodunun hamısını texnologiya və proqram təminatı ilə təchiz ediblər. Bu neftayırma zavodlarının hər birində Rusiya və xarici avadanlıqların kombinasiyası istifadə olunur.
"ABB "Reuters” agentliyinə 2022-ci ilin fevralında müharibə başlayandan sonra Rusiyada yeni sifarişlərin qəbulunu dayandırdığını və mövcud müqavilə öhdəliklərini yerinə yetirdikdən sonra Rusiyaya qayıtmaq planının olmadığını təsdiqləyib”, – materialda deyilir.
Agentlik qeyd edir ki, beş mənbədən heç biri NORSI-də yanvar ayında turbində yaranan nasazlığı PUA hücumu ilə əlaqələndirmir. Lakin mənbələr zavoddakı problemlərin NORSI-nin fevral ayında Ukrayna PUA-ları tərəfindən ilk dəfə hücumuna məruz qaldıqdan sonra daha da dərinləşdiyini, digər avadanlıqların da zədələndiyini və bütün neft emalı zavodunu əlavə yükləndiyini söyləyib. 
"Rusiya və İran kimi Qərbin sanksiyaları altında olan ölkələr uzun müddətdir ki, təyyarə və ya avtomobil kimi Qərb istehsalı olan avadanlıqların ehtiyat hissələrini əldə etmək üçün boşluqlar tapıblar. Lakin neft emalı avadanlığı daha nadir və daha ixtisaslaşıb; Qərb firmaları Rusiyanın ehtiyat hissələrinin üçüncü ölkələr vasitəsilə idxalının qarşısını almaq üçün yoxlamaları gücləndirib”, - material müəllifləri qeyd edirlər.
Buna görə də, iki agentlik mənbəsinə görə, Lukoil NORSI-də KK-1 qurğusunun təmiri tələbi ilə Çin şirkətlərinə müraciət edib.
"Çinin texnologiyası var. Ancaq çox vaxt bu, normal, ucuz, müntəzəm təmirdən daha çox, qurğunun baha qiymətə tamamilə dəyişdirilməsi deməkdir", - mənbələrdən biri bildirib.
Qeyd edək ki, yanvarın sonundan Ukrayna müntəzəm olaraq Rusiyanın neft emalı zavodlarına uzaq mənzilli dronlarla zərbələr endirir. Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk bildirib ki, ümumilikdə Rusiya neftayırma zavodlarına 13 uğurlu hücum həyata keçirilib. Onun sözlərinə görə, bunun sayəsində Rusiya Federasiyasında neft hasilatı və emalı 12% azalıb. O vurğulayıb ki, neft məhsullarının ixracından əldə olunan gəlirlər Rusiya büdcəsinin üçdə birini, hərbi büdcənin isə "böyük hissəsini” təşkil edir.
Rusiya neftayırma zavodlarına məlum olan PUA hücumları aşağıdakılardır: 
Tuapse neft emalı zavodu, 24 yanvar
Volqoqrad neft emalı zavodu, 3 fevral
Afipsk neft emalı zavodu, 9 fevral
İlyinsk neft emalı zavodu, 9 fevral
Lukoyl-Nijeqorodnefteorqsintez neft emalı zavodu, 12 mart
Ryazan neft emalı zavodu, 13 mart
Kaluqa neft emalı zavodu, 15 mart
Sızran neft emalı zavodu, 16 mart
Kuybışev neft emalı zavodu, 16 mart
Slavyansk neft emalı zavodu, 17 mart
Novokuybışevsk neft emalı zavodu, 23 mart
TANECO neft emalı zavodu, 2 aprel
Nizami Bağırov