Xəbər lenti

ABŞ səfirliyi Ermənistandakı həmvətənlərinə xəbərdarlıq etdi
Dünya16:22 04.11.2022

ABŞ səfirliyi Ermənistandakı həmvətənlərinə xəbərdarlıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Ermənistandakı səfirliyi vətəndaşlarına müxalifət hərəkatının paytaxt İrəvanda noyabrın 5-də keçirəcəyi mitinqdə iştirak etməmək barədə xəbərdarlıq edib.
"Report" bu barədə "Sputnik-Armenia"ya istinadən xəbər verir.
Məlumata görə, xəbərdarlığa səbəb toqquşma və iğtişaşlar təhlükəsidir.
Səfirlik bildirir ki, nümayişlər gözlənilməz ola bilər.
"Hətta dinc xarakter daşıyan nümayişlər qarşıdurmaya və zorakı hərəkətlərə çevrilə bilər. Ərazidən qaçın, yeniliklər barədə yerli medianı yoxlayın, izdihamdan və nümayişlərdən qaçın. Dostlarınızı və ailənizi xəbərdar edin”, - diplomatik nümayəndəlikdən bildiriblər.
Xatırladaq ki, noyabrın 5-də müxalifət Fransa meydanında mitinq keçirəcək.