ABŞ-ın Azərbaycandakı səfirliyinə yeni mətbuat katibi təyin olunub.
Bu gün Venessa Zenji Azərbaycan media təmsilçilərinə təqdim edilib. Onun şərəfinə ABŞ missiyasının mənzil qərargahında verilən ziyafətdə Azərbaycanın tanınmış media təmsilçiləri iştirak ediblər.
Musavat.com-un məlumata görə, xanım Venessa yaponca, ərəbcə, ispanca, koreyaca və bir çox dillərlə yanaşı azərbaycanca da sərbəst danışır və təsadüfi deyil ki, onun salamlama nitqi (ilk çıxışı) məhz azərbaycanca olub.
O, öz sözlərində Azərbaycan dilini məhz azərbaycanlı jurnalistlərlə rahat ünsiyyət əldə etmək üçün öyrəndiyini vurğulayıb, azərbaycanlı media nümayəndələri ilə işə başlayacağı günü həsrətlə gözlədiyini bəyan edib.
Venessa Koreya və Yaponiyada ABŞ-ın diplomatik korpusunda çalışıb. Ondan əvvəl isə "National Geographic" televiziyasının əməkdaşı olub.