Xəbər lenti

ABŞ Senatı TikTok-un hökumətə məxsus cihazlarda istifadəsinə qadağa qoydu
Dünya10:40 15.12.2022

ABŞ Senatı TikTok-un hökumətə məxsus cihazlarda istifadəsinə qadağa qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Senatı dünən, dekabrın 14-də federal işçilərə federal dövlət qurumlarına məxsus cihazlarda TikTok video xidmətindən istifadənin qadağan edilməsina dair qanun layihəsinə səs verib.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumat Senatın saytında dərc olunub.
Qanunun qüvvəyə minməsi üçün indi Nümayəndələr Palatası və ABŞ prezidenti tərəfindən təsdiqlənməlidir. Qanun layihəsinin müəlliflərindən biri, respublikaçı senator Coş Houli "TikTok ABŞ üçün ciddi risk yaradır və hökumət cihazlarında yeri yoxdur" deyib.
Bu, ABŞ hakimiyyətinin TikTok xidməti ilə bağlı növbəti qadağasıdır - onların narahatlığı ilk növbədə platformanın Çinin ByteDance şirkətinə məxsus olması və ABŞ hakimiyyətinin fikrincə, amerikalıların izlənilməsinin mümkünlüyü ilə bağlıdır. Əvvəllər bəzi ştatlar, o cümlədən Alabama, Ayova və Yuta ştatları və federal qurumlar, o cümlədən müdafiə və daxili təhlükəsizlik nazirlikləri, həmçinin Dövlət Departamenti dövlətə məxsus qadcetlərdə xidmətdən istifadəni qadağan edib.
Çərşənbə axşamı, dekabrın 13-də senator Marko Rubio ABŞ-da TikTok-a tamamilə qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsini təqdim edib və iddia edib ki, Çin qanunlarına görə, xidmət yerli hakimiyyət orqanlarının tələbi ilə istənilən məlumatı onlara ötürməlidir, bu da öz növbəsində amerikalılara qarşı casusluq etmək üçün istifadə edilə bilər. Keçən həftə İndiana Çin hakimiyyətini istifadəçi məlumatlarına daxil olmaqda ittiham edərək TikTok-u məhkəməyə verən ilk ABŞ ştatı olub.
Nizami Bağırov