ABŞ prezidenti Donald Trampın Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru vəzifəsinə namizədi Keş Patel çərşənbə günü, 20 fevralda Senat tərəfindən təsdiqlənib.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat
yayıb.
Senat Patelin təsdiqlənməsi üçün 51 lehinə, 49 əleyhinə səs verib. Respublikaçı senatorlar Suzan Kollinz və Liza Murkovski isə demokratlarla birlikdə onun əleyhinə səs verib.
Senatda keçirilən dinləmələr zamanı Patel bildirib ki, FTB-də "heç bir siyasiləşmə" və "heç bir cəza tədbiri" olmayacaq. O, həmçinin demokratları onun köhnə açıqlamalarından seçilmiş hissələri təqdim etməkdə ittiham edib.
FTB direktorunun vəzifə müddətinin 10 il olması nəzərdə tutulsa da, Tramp Ağ Evə qayıtdıqdan sonra açıq şəkildə həmin dövrdə büroya rəhbərlik edən Kris Reyi vəzifədən kənarlaşdırmaq istədiyini bildirmişdi. Bu da Reyin istefasına və Patelin təsdiqlənməsi üçün yolun açılmasına səbəb olub.
Respublikaçılar Trampın namizədini müdafiə edərək Patelin qurumun işində lazımi şəffaflığı təmin edəcəyini iddia edir və onun keçmişdəki mübahisəli bəyanatlarını şişirdilmiş hesab edirlər.
Patel açıq şəkildə federal agentliyi tənqid edib, FTB-də "kökündən islahatlar" aparacağını və Tramp üçün ədalətin təmin olunmasına çalışacağını bəyan edib.
Mətbuatda həmçinin Patelin 2024-cü ildə Rusiya kinostudiyasından qonorar aldığı və həmin studiyanın pro-Rusiya və Qərb əleyhinə baxışları yaydığı barədə məlumatlar yayılıb.
Alpər
Şərhlər