ABŞ Konqresinin Senatı yekdilliklə gələn ilin büdcə layihəsinə rusiyalı iş adamlarının aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsinə dair düzəliş daxil edib.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının baş siyasi məsləhətçisi Pol Massaro
danışıb.
Qeyd olunduğu kimi, büdcəyə belə bir düzəliş respublikaçı senator Lindsi Qrem tərəfindən təklif edilib.
"Kommersant” yazır ki, müharibə başlayandan sonra Aİ ölkələri, ABŞ və onların müttəfiqləri bəzi rus iş adamlarının və şirkətlərinin aktivlərini bloklamağa başlayıblar. Ukrayna hakimiyyəti dondurulmuş Rusiya aktivlərini ölkənin hərbi əməliyyatlardan zərər çəkmiş ərazilərinin bərpasına verməyi təklif edib.
Alpər