Xəbər lenti

ABŞ Senatında çoxluğun lideri Trampın Ukraynaya dəstəyə təsirindən narahatdır
Dünya09:34 21.12.2023

ABŞ Senatında çoxluğun lideri Trampın Ukraynaya dəstəyə təsirindən narahatdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Senatındakı Demokratik partiyanın lideri Çak Şumer keçmiş prezident Donald Trampın Ukraynaya yardım göstərilməsi məsələsində respublikaçıların qərarına təsir edəcəyindən narahat olduğunu bildirib. Onun sözlərinə görə, bu partiyadan bəzi senatorlar artıq Trampın nüfuzuna görə Kiyevi dəstəkləməyə qarşıdırlar.
Qaynarinfo xəbər verir ki, o, bu barədə Politico-ya müsahibəsində deyib.
"Onların mərkəzçiləri dilemma qarşısındadırlar. Onlar bilirlər ki, Ukraynaya yardımın göndərilməsi düzgün qərardır. Və bilirlər ki, sərhəddə nəsə etməliyik. Və biz yolun uyğun bir hissəsində onlarla görüşməyə hazırıq. Bununla belə, Donald Tramp "kabusu” onların üzərində dolaşır”, - Şumer bildirib.
O, güman edir ki, beş respublikaçı mütləq Ukraynaya maliyyə dəstəyinin ayrılmasını dəstəkləyəcək, daha 15-i isə bunun əleyhinə səs verəcək. Çak Şumerin fikrincə, qalan 29 senator Donald Trampın təsiri altına düşə və qanunun əleyhinə səs verə bilər.
Qeyd edək ki, Donald Tramp dəfələrlə bildirib ki, indi prezident olsaydı, 24 saat ərzində Ukraynadakı müharibəni dayandıra bilərdi. Kreml bu sözləri şübhə altına alıb. Ukrayna prezidenti Volodimir Zelenski Donald Trampın "bu münaqişəni idarə edə bilməyəcəyini” iddia edib.
2024-cü ilin noyabrında ABŞ-da prezident seçkiləri keçiriləcək və bu seçkilərdə Donald Tramp yenidən qalib gələ bilər. Adının açıqlanmasını istəməyən Demokratik Partiyanın üzvləri məğlubiyyət ehtimalının olduğunu etiraf edirlər.
Nizami Bağırov