Xəbər lenti

ABŞ senatında İranın dron fəaliyyətinə qarşı qanun qəbul edildi
Dünya09:52 10.06.2022

ABŞ senatında İranın dron fəaliyyətinə qarşı qanun qəbul edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Senatının Xarici Əlaqələr Komitəsi İran pilotsuz təyyarələrinin fəaliyyətinin dayandırılması qanununu qəbul edib.
Qaynarinfo bu barədə "Indipendent”in fars bölməsinə istinadən xəbər verir.
Bu qanuna görə, dron hissələrinin İrana tədarükü, satışı və təhvil verilməsi və bununla bağlı texniki yardımın göstərilməsi ABŞ sanksiyalarının hədəfindədir.
ABŞ və müttəfiqlərinin Səudiyyə Ərəbistanı və İsrail də daxil olmaqla, Yaxın Şərqdə regionda vahid hava hücumundan müdafiə sistemi yaratmaq səyləri barədə məlumatlarla eyni vaxtda ABŞ Senatının Xarici Əlaqələr Komitəsi cümə axşamı (9 aprel) "İran pilotsuz təyyarələrini dayandırın” adlı qanun layihəsini qəbul edib.
Qeyd edilir ki, Demokratlar və Respublikaçıların dəstəyini qazanan bu qanuna həmçinin İran İslam Respublikası və İran hökumətinə bağlı silahlı qruplaşmalar üçün pilotsuz təyyarələrin satışı, istehsalı, saxlanması və istifadəsi ilə bağlı texniki təlim, maliyyə yardımı və digər dəstəklərin qadağası, qanunu pozanlara qarşı sərt sanksiyalar tətbiq olunması daxildir.
M.Arif