Xəbər lenti

ABŞ senatoru Medvedevin Ukraynaya nüvə təhdidləri ilə bağlı: “Bu, NATO-ya hücum olardı”
Dünya06:44 01.08.2023

ABŞ senatoru Medvedevin Ukraynaya nüvə təhdidləri ilə bağlı: “Bu, NATO-ya hücum olardı”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Respublikaçılar Partiyasından olan senator Lindsi Qrem Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Ukraynaya qarşı nüvə silahından istifadə etməklə hədələdiyi bəyanatını şərh edib.
Qaynarinfo xəbər verir ki, o bu barədə "Twitter” səhifəsində yazıb.
Qremin fikrincə, ruslar Ukraynanı vəhşicəsinə işğal heç bir nəticə verməyəcəyini "ayılıb, anlamaq" vaxtı çatıb, "qoşunları geri çəkib bir çox rus gəncini mənasız ölümdən xilas etmək lazımdır”.
"Ukraynada nüvə silahının tətbiqindən danışan rus dostlarıma: başa düşməlisiniz ki, Ukraynanın Alyansa üzv ölkələrin ərazisinə yaxınlığını nəzərə alsaq, bu, NATO-nun özünə hücum olardı", - Qrem deyib.
Bundan əvvəl Ağ Ev Medvedevin ritorikasını "ehtiyatsızlıq və məsuliyyətsizlik" adlandıraraq, Vaşinqtonun indiyədək Rusiyanın nüvə zərbəsi hazırlamasına dair heç bir əlamət görmədiyini vurğulayıb.
Bazar günü özünün Teleqram kanalında Medvedev Ukraynanın əks-hücumundan qorxaraq yazıb: "Əgər təsəvvür etsək ki, ukrobanderaçıların NATO-nun dəstəyi ilə hücumu uğurlu olub və onlar bizim torpaqlarımızın bir hissəsini ələ keçiriblər, o zaman Rusiya prezidentinin nüvə silahından istifadəni nəzərdə tutan 02.06.2020-ci il tarixli fərmanının qaydalarına uyğun olaraq bunu etməli olarıq".
"Sadəcə başqa çıxış yolu yoxdur" , - o deyib.
Ukraynanın tammiqyaslı işğalı başlayandan bəri Moskva vaxtaşırı nüvə təhdidlərinə əl atıb. Kəşfiyyat  və Qərb liderləri belə bir senarini mümkünsüz hesab edirlər.
Alpər