Xəbər lenti

ABŞ Səudiyyədəki qaçqın qətllərini bilirmiş, amma... - KİV
Dünya 16:18 27.08.2023

ABŞ Səudiyyədəki qaçqın qətllərini bilirmiş, amma... - KİV

Amerikalı rəsmilər və diplomatlar Səudiyyə Ərəbistanında Yəmənlə sərhəddə efiopiyalı qaçqınların öldürülməsindən xəbərdar olsalar da, bu məsələni açıq şəkildə qaldırmayıblar.

Qaynarinfo xəbər verir ki, bu barədə "New York Times” yazır.

Avqustun əvvəlində Human Rights Watch (HRW) Səudiyyə sərhədçilərinin 2022-ci ilin martından 2023-cü ilin iyununa qədər Yəmənlə sərhəddə yüzlərlə efiopiyalı qaçqını öldürdüyünü bildirmişdi. Səudiyyə hakimiyyəti daha sonra miqrantların öldürülməsi ilə bağlı iddiaları təkzib edib, hökumət sözçüsü bu iddiaları əsassız və yalan adlandırıb.

Ötən ilin payızında amerikalı diplomatları ABŞ-ın Yaxın Şərqdəki yaxın tərəfdaşı olan Səudiyyə Ərəbistanındakı sərhəd qoşunlarının Yəməndən krallığa girməyə cəhd edən afrikalı miqrantlara öldürücü güc tətbiq etməsi ilə bağlı xəbərlər alıb. Diplomatlara ötən ilin dekabrında efiopiyalı qaçqınların öldürülməsi ilə bağlı təfərrüatlar verilib və BMT onlara Səudiyyə təhlükəsizlik qüvvələrinin miqrantlarla pis rəftar etdiyi, o cümlədən onlara atəş açdığı barədə məlumat verib. Qəzetin yazdığına görə, BMT ABŞ-ın Yəməndəki səfiri Stiven Faqini, həmçinin Dövlət Departamentinin rəsmiləri, Fransa, Almaniya, Niderland, İsveç və Avropa İttifaqının diplomatlarını məlumatlandırıb.

Nəşr yazır ki, Vaşinqtonun xəbərdarlığına baxmayaraq, sonrakı aylarda ABŞ rəsmiləri səudiyyəlilərin hərəkətlərini açıq şəkildə tənqid etməyiblər, lakin ABŞ Dövlət Departamentinin rəsmiləri hesabatın dərcindən sonra ötən həftə diplomatlarının Səudiyyə Ərəbistanından olan həmkarları ilə məsələni müzakirə etdiyini bildiriblər. Qəzet yazır ki, bu müzakirələrin Səudiyyə Ərəbistanının hərəkətlərinə təsir edib-etmədiyi məlum deyil.

Human Rights Watch təşkilatından bildirilib ki, qaçqınlar Səudiyyə sərhədçilərinin onlara minaatan və digər partlayıcı silahlardan, tüfənglə atəş açması, daş və metal çubuqlarla döyməsi zamanı baş vermiş 28 hadisəni təsvir edib. Bundan əlavə, HRW-nin məlumatına görə, qaçqınlar aylarla saxlandıqları düşərgələrə aparılıb.

HRW ABŞ tərəfindən maliyyələşdirilən, 70-dən çox ölkədə insan haqları pozuntularını izləyən, araşdıran və sənədləşdirən qeyri-hökumət təşkilatıdır. Qərargahı ABŞ-da yerləşir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->