ABŞ prezidenti Co Bayden administrasiyası Amerikanın hücum silahlarının Səudiyyə Ərəbistanına satışına qoyulan qadağanın mümkün ləğvini nəzərdən keçirir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" bir neçə məlumatlı mənbəyə istinadən xəbər
yayıb.
Xəbərdə deyilir ki, Vaşinqtonun bununla bağlı yekun qərarı Ər-Riyadın Yəməndəki müharibəni bitirmək üçün göstərdiyi ciddilik və irəliləyişdən asılıdır.
Bazar ertəsi Baydenin Yaxın Şərqə səfəri ərəfəsində dərc olunan bu xəbərə görə, üç mənbə "Reuters" xəbər agentliyinə bildirib ki, son aylarda Vaşinqton və Ər-Riyadda keçirilən bir neçə görüşdə yüksək səviyyəli Səudiyyə rəsmiləri amerkalı həmkarlarına təzyiq edərək, onları silah satışına qoyulan qadağanı götürməyə çağırıblar.
Mənbənin sözlərinə görə, müdafiə nazirinin müavini, şahzadə Xalid bin Salman da may ayında Vaşinqtona səfəri belə bir tələblə çıxış edib.
M.Arif