ABŞ Konqresinin Nümayəndələr Palatası ardıcıl 3 turda spikeri seçə bilməyib. Səsvermə başqa günə təxirə salınıb. Spikerin seçilməsi 100 ildə ilk dəfə bir turla məhdudlaşmayıb.
Qaynarinfo xəbər verir ki, CNN səsvermə prosesi ilə bağlı məlumat
yayıb.
ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsinə üç namizəd mübarizə aparır: respublikaçılardan Kevin Makkarti və Endryu Biqs, Demokratlardan isə Hakim Ceffris. Kevin Makkarti ilk turda qalib gəlmək üçün lazım olan 218 səsdən 203, rəqibi Hakim Ceffris isə 212 səs toplayıb.
Sonuncu dəfə Nümayəndələr Palatasının sədri birinci turda 1923-cü ildə seçilə bilməyib. Bundan sonra Nümayəndələr Palatası doqquz tur səsvermə keçirib.
Bundan əvvəl Nensi Pelosi ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsində çalışıb (2019-cu ilin yanvarından 3 yanvar 2023-cü ilə qədər). O, yeni Nümayəndələr Palatasında Demokratlar Partiyasının lideri vəzifəsinə yenidən seçilməkdən imtina edib.
Nizami Bağırov