Xəbər lenti

ABŞ “Spot” adlı iki robot itindən birini Ukraynaya bağışlayacaq
Dünya08:09 27.06.2022

ABŞ “Spot” adlı iki robot itindən birini Ukraynaya bağışlayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Ordusu Ukrayna Silahlı Qüvvələrinə Ukrayna ərazisində mina və digər döyüş sursatlarının təmizlənməsinə kömək etmək üçün "Boston Dynamics” istehsalı olan iki "Spot” adlı robot itindən birini Ukraynaya bağışlayacaq. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Foreign Policy” sövdələşmə ilə tanış olan mənbələrə istinadən məlumat yayıb. 
Nəşr yazır ki, test sınaqları zamanı "Spot” artıq özünü "effektiv minatəmizləmə köməkçisi" kimi göstərib.
"Spot partlamamış hərbi sursatları təhlükəsiz yerə köçürməyə kömək edə, onun mülki şəxslərdən təhlükəsiz şəkildə partlamasına imkan yarada bilər”, - nəşr yazır.
Nizami Bağırov