ABŞ ciddi onlayn dezinformasiya problemini həll etməyə çalışır. Süni intellekt Ukraynanın işğalı ilə bağlı Rusiyanın yalanlarını üzə çıxarmaq üçün istifadə olunur.
Bu barədə Qaynarinfo ABŞ Dövlət katibi Entoni Blinkenin "Freedom House”da çıxışına istinadən xəbər
verir.
"Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəsi haqqında davamlı dezinformasiya axınını təbliğ etməkdə, yalan danışmaqda və digərlərinə haqq qazandırmaq cəhdi ilə törətdiyi dəhşətli pozuntuları ört-basdır etməkdə davam edir”, - Blinken bildirib.
Onun sözlərinə görə, Dövlət Departamenti buna cavab olaraq yoxlanıla bilən Rusiya dezinformasiyasını toplamaq və sonra onu dünya üzrə tərəfdaşlarla bölüşmək üçün Ukrayna məzmunlu süni intellektlə işləyən onlayn aqreqatoru hazırlayıb.
"Biz müstəqil medianı və rəqəmsal savadlılığı təbliğ edirik. Biz rus çatbotları tərəfindən yaradılan saxta mətnləri etibarlı şəkildə aşkar etmək üçün akademik dairələrdə tərəfdaşlarla işləyirik", - dövlət katibi bildirib.
Nizami Bağırov