Dünya 18:41 16.06.2022

ABŞ Suriyada İŞİD liderlərindən birini ələ keçirdi

ABŞ-ın Suriyanın şimal-qərbində keçirdiyi yerüstü reydlər zamanı İŞİD-in yüksək rütbəli liderlərindən biri ələ keçirilib.

Qaynarinfo bu barədə ABC-yə istinadən xəbər verir.

ABŞ Mərkəzi Komandanlığının rəsmisi, general Erik Kurila bildirib ki, əməliyyat zamanı ABŞ hərbçilərindən xəsarət alan olmayıb reyddə iştirak edən təyyarələrə heç bir ziyan dəyməyib.

ABŞ rəsmisi "ABC News"a əməliyyat zamanı ələ keçirilən İŞİD liderinin adının Hani Əhməd əl-Kürdi olduğunu deyib və onu terrir təşkilatının əməliyyatlarını planlaşdırdığını bildirib.

Erik Kurilla qeyd edib ki, əməliyyat zamanı heç bir mülki vətəndaşa zərər dəyməyib.

M.Arif