Xəbər lenti

Dünya 23:10 17.04.2024

"ABŞ Suriyadakı həbs düşərgələrində zorakılıq və işgəncələrə göz yumur" - "Amnesty İnternational"

"Amnesty İnternational" hüquq müdafiəçiləri deyirlər ki, Birləşmiş Ştatlar Suriyadakı həbs düşərgələrində sistematik zorakılıq və işgəncələrə göz yumur. 

Qaynarinfo xəbər verir ki, bu barədə qurumun müvafiq hesabatında deyilir.

Sənəddə qeyd olunur ki, hazırda düşərgələrdə qadınlar və uşaqlar da daxil olmaqla 56 minə yaxın vətəndaş var. Onların bir çoxunun qeyri-müəyyən müddətə həbs edildiyi, mühafizəçilərin insanlara qarşı amansız cəza üsullarından, o cümlədən döyülmə, elektrik cərəyanı ilə işgəncə vermə və digər stressli vəziyyətlər yaratdığı iddia edilir.

"Amnesty İnternational" təşkilatının fikrincə, ABŞ bu "repressiv sistemin yaradıcısı olduğu" və onu dəstəklədiyi üçün baş verənlərdə əsas rol oynayır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->