Xəbər lenti

ABŞ tarixinin ən böyük fırıldaqçılığı: COVID-19 fondundan 280 milyard oğurlandı
Dünya19:27 14.06.2023

ABŞ tarixinin ən böyük fırıldaqçılığı: COVID-19 fondundan 280 milyard oğurlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-da pandemiya dövründə COVID-19 yardım fondundan 280 milyard dollardan çox vəsaitin oğurlandığı, 123 milyard dollardan çox vəsaitin isə israf edildiyi bildirilir.
Qaynarinfo "Associated Press"ə istinadən xəbər verir ki, ABŞ hökumətinin COVID-19 yardımına ümumilikdə 4,2 trilyon dollar ayırdığı açıqlanıb.
Məlumatda hadisənin "ABŞ tarixinin ən böyük fırıldaqçılığı” olaraq qiymətləndirildiyi və bu məbləğin 280 milyard dollardan çoxunun oğurlandığı, 123 milyard dollardan çoxunun isə israf edildiyi bildirilib. Qeyd edilib ki, bu, COVID-19 üçün ümumi yardımın 10 faizinə bərabərdir.
Digər tərəfdən, müstəntiqlər və ekspertlər hökuməti COVID-19 pandemiyasının əvvəlində yardım üçün ayrılan vəsaiti tez bölüşdürməyə çalışmaqda günahlandıraraq, yardım üçün müraciətlərdə məhdudiyyətlərin az olduğunu və kifayət qədər nəzarətin olmadığını iddia edərək, bunun fırıldaqçıların işini asanlaşdırdığını qeyd edib.
Səlahiyyətlilər, fırıldaqçıların işsizlik müavinətləri almaq üçün həbsxanalardakı məhbusların və ölənlərin sosial təminat nömrələrindən istifadə etdiklərini və bunu ölkənin bir çox ştatlarında həyata keçirdiklərini bildiriblər.
ABŞ Ədliyyə Departamentinin COVID-19 Fırıldaqçılıq Bölməsinin direktor köməkçisi Mayk Qaldo, yardım fondunun oğurlanması ilə bağlı "Bu, görünməmiş bir fırıldaqdır", deyib. 
Bildirilir ki, Vaşinqton hökuməti indiyədək aralarında əsgərlər, keşişlər, digər məmurlar və cinayətkarlar da daxil olmaqla 2230-dan çox adamı fırıldaqçılıqda ittiham edərək hərəkətə keçib və minlərlə adamın istintaqı davam edir.
Aydın