Xəbər lenti

ABŞ Tokiodan Los-Ancelesə bir saatdan tez çata bilən təyyarəsini təqdim etdi (VİDEO)
Dünya06:06 11.06.2022

ABŞ Tokiodan Los-Ancelesə bir saatdan tez çata bilən təyyarəsini təqdim etdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ 50 km hündürlükdə 9 Mach-a qədər sürətlə uçması gözlənilən "Stargazer" hipersəsli sərnişin təyyarəsini təqdim edib.
Qaynarinfo bu barədə 3DNews.ru-ya istinadla xəbər verir.
Startap Venus Aerospace səsdən 9 qat sürətlə hərəkət edə bilən inanılmaz dərəcədə sürətli bir təyyarə hazırlamaq üçün artıq 33 milyon dollar topladığını elan edərək, təyyarənin renderlərini yayımlayıb. Şirkətin məlumatına görə, təyyarə 51,8 km yüksəklikdə 12 sərnişin daşıya biləcək.
Stargazer-in sərnişinləri Tokiodan Los-Ancelesə bir saatdan az müddətdə uçura biləcəyi gözlənilir ki, bu da bugünkü kommersiya təyyarəsi üçün təxminən 11 saata bərabərdir. Stargazer adi bir təyyarə kimi havaya qalxacaq və şəhərlərdən uzaqda raket mühərrikləri işə düşəcək. Yer sınaqları 2025-ci ildən tez olmayacaq, uçuş sınaqları ən azı 5 il çəkəcək.
Venus Aerospace bildirir ki, 2020-ci ildən bəri təyyarə üzərində işləyir. Yığılan 33 milyon dolların yalnız bir milyonu ABŞ hökumətinin büdcəsindən maliyyələşir.
Uçuşların qiymətinin adi təyyarədəki birinci dərəcəli yerlər üçün biletlərin qiymətindən artıq olmayacağı gözlənilir.
Alpər