Dünya 11:26 09.12.2022

ABŞ Trampı məhkəməyə hörmətsizliyinə görə mühakimə edəcək

ABŞ Ədliyyə Nazirliyi keçmiş prezident Donald Trampı məxfi sənədləri təhvil vermək üçün çağırışa əməl etmədiyinə görə məhkəməyə hörmətsizliklə bağlı məsuliyyətə cəlb etmək niyyətindədir. 

Qaynarinfo "İnterfaks”a istinadla xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən CNN yazıb.

"Ədliyyə Departamenti federal hakimdən Donald Trampı bu yay keçmiş prezidentə "Məxfi” qrifi olan lentləri təhvil verməyi əmr edən çağırış vərəqəsinə əməl etmədiyinə görə məhkəməyə hörmətsizliklə bağlı məsuliyyətə cəlb etməyi xahiş edir”, - mənbələr bildirib.

İş üzrə məhkəmə iclası dekabrın 9-na təyin edilib. Günahı sübut olunarsa, Trampı cərimə gözləyir.

Avqust ayında Trampın Floridadakı mülkünə FTB agentləri tərəfindən basqın edilib. Bir sıra media orqanları axtarışın Trampın vəzifədən getdikdən sonra Mar-a-Laqo malikanəsində saxladığı Ağ Ev sənədlərini mənimsəməsi ilə bağlı aparılan araşdırmanın tərkib hissəsi olduğunu yazıb. Axtarış orderində göstərilirdi ki, FTB keçmiş dövlət başçısının casusluq qanununu pozub-pozmadığını araşdırır.

Prokurorlar bu yaxınlarda bildiriblər ki, məxfi dövlət sənədləri hələ də yoxdur və Tramp onları geri qaytarmağa borcludur.

CNN mənbəsinin məlumatına görə, onun fikrincə, Ədliyyə Departamenti Trampın hüquq qrupuna hansı materialların geri qaytarılmadığını açıqlamayıb.

Alpər