Xəbər lenti

ABŞ Türkiyə və Ukrayna ilə taxıl ixracının alternativ yolları ilə bağlı danışıqlar aparır - KİV
Dünya06:26 16.08.2023

ABŞ Türkiyə və Ukrayna ilə taxıl ixracının alternativ yolları ilə bağlı danışıqlar aparır - KİV

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ "taxıl sazişi" ləğv edildikdən sonra Ukrayna taxılının ixracına alternativ marşrutlar yaratmaq üçün Türkiyə, Ukrayna və digər Şərqi Avropa ölkələri ilə danışıqlar aparır. 
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” rəsmilərə istinadən yazır. 
Qeyd olunur ki, Vaşinqton tərəfindən dəstəklənən plan oktyabr ayına qədər Ukraynanın Dunay çayı vasitəsilə ayda 4 milyon ton taxıl ixrac etmək üçün "gücünün artırılmasını” nəzərdə tutur.
Qəzetin yazdığına görə, taxılın böyük hissəsi Dunay çayı boyunca, eləcə də Qara dənizdən keçərək Rumıniyanın yaxın limanlarına göndəriləcək. Məhsul daha sonra başqa istiqamətlərə nəql ediləcək. Nəşr belə bir marşrutun daha yavaş və daha bahalı olduğunu vurğulayır.
Eyni zamanda, "Wall Street Journal" qeyd edir ki, Türkiyə və BMT-nin Rusiyanı "taxıl sazişi"nə geri qaytarmaq istiqamətində atdığı addımlarla paralel olaraq Dunay boyunca "Ukraynanın ixrac imkanlarını artırmaq” səyləri həyata keçirilir.
Qeyd edək ki, "taxıl sazişi" iyulun 18-də dayandırılıb. Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyillər. 
Aydın