ABŞ Türkiyədən Rusiyadan öyrənilməsi üçün aldığı S-400 zenit-raket sistemlərinə giriş istəyib.
Qaynarinfo xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu
bildirib.
O, "Habertürk" telekanalına müsahibəsində "ABŞ S-400-ləri öyrənmək üçün onlara giriş istədi. Amma bizim üçün bu, qəbuledilməz, müstəqil siyasətimizə zidd idi. Biz bundan imtina etdik", deyib.
Bundan başqa, Çavuşoğlu Türkiyənin Ukraynaya S-400 göndərilməsi ilə bağlı təkliflər aldığını bildirib: "Biz belə təkliflər aldıq, lakin imtina etdik. Biz onları (havadan müdafiə sistemlərini) ehtiyaclarımız üçün almışıq".
Qeyd edək ki, Türkiyə Rusiyadan 2,5 milyard dollar dəyərində S-400 hava hücumundan müdafiə sistemlərinin dörd divizionunu alıb. 2019-cu ilin oktyabrında "Rosoboroneksport" bu sistemlərin tədarükü ilə bağlı müqavilənin tamamlandığını açıqlayıb. Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayevin ötən ilin avqustunda verdiyi məlumata görə, Türkiyəyə ikinci S-400 alayının tədarükü ilə bağlı müqavilə imzalanıb.
Aydın