ABŞ Müdafiə Nazirliyi "Raytheon Missiles and Defence” şirkəti ilə Ukrayna üçün orta mənzilli hava-hava raketlərinin (AMRAAM) alınmasına dair müqavilə imzalayıb.
Qaynarinfo
xəbər verir ki, Pentaqonun s
aytının yazdığına görə, müqavilənin məbləği 192 milyon dollardır.
"Bu müqavilə "Raytheon”un müxtəlif mənbələrdən AMRAAM hərbi silahlarını almasını nəzərdə tutur. İşlər Arizona ştatının Tukson şəhərində aparılacaq və 2024-cü il noyabrın 29-da başa çatdırılması gözlənilir", - məlumatda deyilir.
Qeyd edildiyi kimi, bu müqavilə üçün vəsait Ukraynadakı Təhlükəsizliyə Yardım Təşəbbüsünün fondundan ayrılıb.
Qeyd edək kiu, AMRAAM aktiv radar başlığına malik Amerika aviasiyasının istənilən hava şəraitində idarə olunan raketidir. Maksimum raket buraxılış məsafəsi 50-180 kilometr arasındadır.
Bundan əvvəl ABŞ-ın 15 ölkə üçün bir yarımdan üç min ədədə qədər miqdarda müxtəlif modifikasiyalı AMRAAM raketləri sifariş etdiyi və onların bir hissəsinin Ukraynaya veriləcəyi bildirilirdi.
Mütəxəssislərin qeyd etdiyi kimi, bu raketdən yayınmaq mümkün deyil, çünki o, trayektoriyanın bütün hissələrində idarə oluna bilir. Bu raketin uçuş məsafəsi 180 kilometrə qədər ola bilər.
Alpər