Xəbər lenti

ABŞ Ukraynanı Rusiya neft zavodlarına hücumları dayandırmağa çağırdı - FT
Dünya08:38 22.03.2024

ABŞ Ukraynanı Rusiya neft zavodlarına hücumları dayandırmağa çağırdı - FT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Birləşmiş Ştatlar Ukraynanı Rusiyanın enerji infrastrukturuna hücumları dayandırmağa çağıraraq, pilotsuz təyyarələrin zərbələrinin qlobal neft qiymətlərini artıra və qisas almasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Qaynarinfo xəbər verir ki, "Financial Times"ın üç məlumatlı mənbəyə istinadən verdiyi məlumata görə, Vaşinqtonun xəbərdarlığı Ukrayna Təhlükəsizlik Xidmətinin və onun Baş Kəşfiyyat İdarəsinin yüksək vəzifəli rəsmilərinə çatdırılıb.
Bir mənbə bildirib ki, Ağ Ev "Rusiyanın qərbində neft emalı zavodlarına, terminallara, anbarlara zərbə vuran və neft hasilat imkanlarını zəiflədən Ukrayna pilotsuz təyyarələrinin aramsız hücumlarından getdikcə məyus olur".
Qərbin neft və qaz sektoruna tətbiq etdiyi sanksiyalara baxmayaraq, Rusiya dünyanın ən mühüm enerji ixracatçılarından biri olaraq qalır. Neftin qiyməti bu il təxminən 15% artaraq barrel üçün 85 dollara çatıb və bu, ABŞ prezidenti Co Baydenin yenidən seçki kampaniyasına başladığı bir vaxtda yanacaq xərclərini artırıb.
Vaşinqton həmçinin narahatdır ki, Ukrayna Rusiyanın aktivlərinə hücumu davam etdirərsə, Rusiya Qərbin güvəndiyi enerji infrastrukturuna hücum edərək cavab addımı ata bilər.
ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü deyib: "Biz Rusiya daxilində hücumları təşviq etmirik və onlara icazə vermirik”.
MKİ şərh verməkdən imtina edib. SBU-nun nümayəndəsi də şərh verməkdən imtina edib və Baş Kəşfiyyat İdarəsinin əməkdaşları, Prezident Aparatının nümayəndələri şərh tələblərinə cavab verməyiblər.
Rusiyanın neft obyektlərinə hücumlar
Ukrayna son həftələrdə qurudakı müharibənin Moskvanın xeyrinə dəyişdiyi üçün hava hücumlarını artırıb. Kiyevdəki hərbi kəşfiyyat rəsmisinin sözlərinə görə, 2022-ci ildən bəri Rusiyanın iri neft emalı zavodlarına ən azı 12 hücum olub. Bu il ən azı doqquz belə hücum həyata keçirilib. Bir neçə terminal, anbar və saxlama yerləri də vurulub.
Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin analitiki Gelima Croft qeyd edib ki, Ukrayna Rusiyanın qərbindəki neft ixracat infrastrukturunun böyük hissəsini vura bilər və bu, ölkənin ixracatının təxminən 60%-ni təhdid edə bilər.
Birləşmiş Ştatlar Ukraynanın zərbələrindən narahatdır, çünki Bayden yenidən seçilmək üçün çətin mübarizə aparır. Benzinin qiyməti qalxır.
Rapidan Energy konsaltinq şirkətinin prezidenti və Ağ Evin enerji məsələləri üzrə keçmiş müşaviri Bob MakNally bildirib ki, "Amerikanın vəzifədə olan prezidentini seçki ilində yanacağın qiymətlərinin kəskin artması qədər heç nə qorxuda bilməz”.
Texnologiya inkişaf etdikcə, Ukrayna pilotsuz təyyarələrin zərbələrinin sayını daim artırır. Ukrayna rəsmiləri bildiriblər ki, onlar 1000 km-dən çox uçuş məsafəsi və ciddi ziyan vura biləcək faydalı yük daşıyan pilotsuz təyyarələr hazırlayıblar.
Keçən həftə Kiyev özünün ən böyük və ən qlobal dron hücumlarından ikisini həyata keçirib. GUR və SBU bir həftə ərzində Rusiyanın yeddi enerji obyektini uğurla vurub.
Keçən il ərzində GRU və SBU dəniz qüvvələrinə məxsus pilotsuz təyyarələr də Rusiya limanlarına zərbələr endirib, Qara dənizdə bir neçə rus hərbi gəmisini məhv edib və Moskvanın qiymətli Krım körpüsünü vurub.
Hücumların planlaşdırılmasında və həyata keçirilməsində iştirak edən ukraynalı məmurlardan birinin sözlərinə görə, "xüsusi əməliyyatların” məqsədi Rusiya qoşunlarının yanacaq təchizatını pozmaq və Kremlin müharibə səyləri üçün ayrılan vəsaiti azaltmaqdır.
Kiyev həm də simvolik zərbə vurmaq istəyir, müharibəni Moskvaya yaxınlaşdırsın və nümayiş etdirsin ki, onun hava hücumundan müdafiə vasitələri, o cümlədən Kreml ətrafına nüfuz edə bilər.
Bundan əlavə, hava kampaniyası həm də Vaşinqtonu 60 milyard dollarlıq hərbi yardım paketini təsdiqləməyə sövq etmək üçün bir vasitədir. Hazırda Konqresdə məsələyə baxılır və Ukraynanın müdafiəsi üçün bu, çox vacibdir.
İlin əvvəlindən Ukrayna Rusiyadakı 13 neft emalı zavoduna hücum edib. "The Insider” yazır ki, Ukrayna bununla kifayətlənməyəcək və gələcəkdə Rusiya neftayırma zavodlarına hücumlarını davam etdirəcək.
Lakin Bloomberg Ukraynanın Rusiya neftayırma zavodlarına qarşı kütləvi hücumlarını "müharibənin yeni mərhələsi” adlandırıb və Kiyevin Moskvaya iqtisadi zərbə vurmasına diqqət yetirib.
Rusiya "Panzir” yerüstü özüyeriyən zenit-raket və silah sistemlərindən istifadə etməklə neft emalı zavodunun yaxınlığında hava hücumundan müdafiəni gücləndirməyi planlaşdırdığını bildirib. Ancaq Baş Kəşfiyyat İdarəsi bunun niyə nəticə vermədiyini açıqlayıb.
Alpər