Xəbər lenti

ABŞ Ukraynanı Xersonun azad edilməsi üçün hər şeylə təmin etməyə çalışır – Pentaqon
Dünya07:43 09.11.2022

ABŞ Ukraynanı Xersonun azad edilməsi üçün hər şeylə təmin etməyə çalışır – Pentaqon

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ bütün səylərini hazırda Xerson vilayətində hücum əməliyyatı keçirən Ukrayna hərbçilərinin şəhərin azad edilməsi üçün lazım olan hər şeylə təmin olunmasına yönəldir.
Qaynarinfo "Ukrinform”a istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü general Patrik Rayder deyib.
O qeyd edib ki, Pentaqon rusiyalıların Xerson vilayətində müdafiəni gücləndirməyə başladığından xəbərdardır, ona görə də indi Ukrayna hərbçilərini lazım olan hər şeylə təmin etmək daha çox lazımdır.
Rayder onu da əlavə edib ki, müdafiənin gücləndirilməsinə baxmayaraq, Ukrayna hərbçiləri rus işğalçılarına ciddi təzyiq göstərməkdə davam edir.
Nizami Bağırov