Ukraynanın bərpası Qərb ölkələrinə nə az, nə çox - 600 milyard dollara başa gələcək.
Poliqon xəbər verir ki, bu barədə Çinin "Asia Times” qəzeti məlumat
yayıb.
"Ukraynadakı münaqişə sabah başa çatsa, Birləşmiş Ştatlar hələ də bu ölkəyə yüz milyardlarla dollar yardım göndərməli olacaq", deyə qəzet qeyd edir.
Məqalə müəlliflərinin fikrincə, Ukraynanın müttəfiqləri, o cümlədən ABŞ 10 il ərzində hər il bu məbləği ödəməli olacaq.
Müqayisə üçün qeyd olunur ki, İraqın müharibədən sonrakı bərpasına ümumilikdə 60 milyard dollar nəzərdə tutulub.
Nəşrin vurğulayıb ki, Ukrayna sonda ABŞ-ın indiyədək həyata keçirdiyi ən bahalı əməliyyata çevriləcək.
Aydın