Xəbər lenti

ABŞ Ukraynanın Rusiyaya qalib gəlməsini yox, müdafiə olunmasını istəyir
Dünya 10:09 22.05.2024

ABŞ Ukraynanın Rusiyaya qalib gəlməsini yox, müdafiə olunmasını istəyir

Amerika Birləşmiş Ştatları Rusiya ərazisində Amerika silahlarından istifadə olunmaması ilə bağlı mövqeyini dəyişməyib.

Qaynarinfo xəbər verir ki, Pentaqonun sözçüsü Patrik Rayder Ukraynanın Rusiya ərazisinə hücum ehtimalına Vaşinqtonun münasibətini bildirmək istəyinə belə cavab verib. "Müdafiə naziri (Lloyd Ostin - red.) bizim siyasətimizin dəyişmədiyini vurğuladı", - "Ukrinform" onun sözlərindən sitat gətirir.

Rayderin sözlərinə görə, onlar Ukrayna ordusunu öz ərazisi daxilində müdafiə etmək üçün lazım olan vasitələrlə təmin etməyə yönəliblər. O, ABŞ-ın bu məsələdə Ukrayna və tərəfdaşları ilə işləməyə davam edəcəyinə söz verir.

Qeyd edək ki, Prezident Vladimir Zelenski The New York Times qəzetinə verdiyi son müsahibədə rusların Ukrayna ordusunun Qərb silahları ilə cavab zərbələri endirə bilməyəcəyini başa düşdükləri üçün sərhədə yaxın mövqelərdən Ukraynaya hücum etdiyini bildirib.

Onun sözlərinə görə, Kiyev dəfələrlə ABŞ prezidenti Co Bayden və digər ölkələrin liderlərini silahlarından müdafiə üçün istifadə etməyə icazə verməyə çağırıb.

Xatırladaq ki, dünən amerikalı konqresmenlər ABŞ-ın müdafiə nazirinə rəsmi müraciət edərək Ukraynaya "müəyyən şəraitdə” Rusiya Federasiyasındakı strateji hədəflərə zərbələr endirmək xahişi ilə müraciət etmişdilər.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->