Vaşinqton rəsmiləri bildiriblər ki, ABŞ tezliklə elan olunacaq 1,1 milyard dollarlıq yeni silah paketi hazırlayır.
Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər
verir.
Qeyd olunur ki, yeni hərbi yardım paketi Rusiyanın Ukraynadakı "referendumuna” cavablardan biri olacaq.
Agentlikdən verilən məlumata görə, rəsmilər anonimlik şərti ilə paketin yaxın günlərdə açıqlanacağını bildiriblər.
Paketə HIMARS sistemləri, əlaqəli döyüş sursatları, müxtəlif növ pilotsuz uçuş aparatları və radar sistemləri, həmçinin ehtiyat hissələri, təlim və texniki dəstək daxildir.
Nizami Bağırov