ABŞ Ukrayna hökumətinə dəstək üçün 10 milyard dollarlıq yeni yardım paketi hazırlayır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" amerikalı rəsmilərə istinadən
yazır.
Rəsmilərin dediyinə görə, Bayden administrasiyası gələn həftə müharibənin ildönümünü qeyd etdiyi üçün ABŞ-ın Ukraynaya sarsılmaz dəstəyini nümayiş etdirməyə yönəlmiş bir sıra bəyanatlar hazırlayır.
Buraya Rusiyaya qarşı yeni sanksiyalar və Kiyev hökumətinin fəaliyyətini davam etdirməsinə kömək etmək üçün potensial 10 milyard dollarlıq yardım paketi daxildir.
Rəsmilər əlavə edib ki, 10 milyard dollarlıq yardım Ukrayna hökumətinə birbaşa büdcə yardımı olacaq.
Rəsmilərin sözlərinə görə, yaxın günlərdə Ukraynaya daha bir böyük hərbi yardım paketinin də açıqlanması gözlənilir.
Gözlənilən yeni hərbi yardım paketi barədə "Financial Times" da məlumat verib.
Nizami Bağırov