
Jurnalistlərin Amerikanın Ukraynaya göstərdiyi hərbi yardımın miqyası ilə bağlı sualına Bayden belə cavab verib: "Ukrayna ilə biryerdə olmağa davam edəcəyik, bütün müttəfiqlər, nə qədər lazımdırsa, Ukraynanı dəstəkləyəcək və faktiki olaraq onun məğlub olmamasına çalışacaqlar".
Bayden Ukraynanın Rusları öz torpaqlarından qova biləcəkləri və müharibənin sonu ilə bağlı ilə nəsə deməkdən çəkinib.
"Bunun necə bitəcəyini bilmirəm, amma bu, Rusiyanın Ukraynanı məğlub etməsi ilə bitməyəcək”,- o deyib.
Bayden, ABŞ-ın yaxın bir neçə gün ərzində Ukraynaya "yeni qabaqcıl silah və hava hücumundan müdafiə sistemləri, daha çox artilleriya sursatları, əks batareya radarı, Himars sistemləri üçün əlavə sursat və bir neçə böyük raketdən ibarət yeni hərbi yardım paketini təqdim edəcəyini bildirib.
Qeyd edək ki, ABŞ-ın Ukraynaya hərbi yardımı artıq 7 milyard dolları keçib.